Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı cxüsusi məlumat yaydı.Türkiyənin cənub-şərqində Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçularına qarşı aparılan antiterror əməliyyatı başa çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.
"Ərdoğan terrorçulara qarşı mübarizənin davam edəcəyini bəyan edib"
Türkiyə hərbi idarəsinin məlumatına görə, martın 14-dən şəhərdə keçirilən xüsusi əməliyyat zamanı 502 terrorçu məhv edilib.
Həmin vaxt PKK terrorçularına qarşı Şirnak vilayətində başlamış antiterror əməliyyatı isə davam edir. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara qarşı mübarizənin davam edəcəyini bəyan edib.
Mardinin Nusaybin rayonu - əməliyyatın baş verdiyi bölgə
Bir müddət əvvəl Nusaybin rayonunda polislər PKK silahlılarının hücumuna məruz qalıb. Bölgə Nəqliyyata Nəzarət Şöbəsinin yaxınlığında yol kənarına qoyulmuş partlayıcı qurğu, minaatan və avtomat silahlarla polislərə hücum edilib.
İki ayrı hücum nəticəsində 2 polis şəhid olub, 35 nəfər yaralanıb. Partlayış nəticəsində xeyli sayda yaşayış binasına və avtomobilə də ziyan dəyib.
Son aylarda Türkiyədə PKK terrorçularına qarşı intensiv əməliyyatlar keçirilir. Türkiyə Silahlı Qüvvələri (TSK) PKK terrorçularının nəzarətində olan bir çox yeri yenidən ələ keçirərək çox sayda silahlını məhv edib və ya həbs edib.
Terror qruplaşmasının metropolis qolu isə son bir ayda paytaxt Ankarada və İstanbulda çox sayda mülki əhalinin ölümü ilə nəticələnən terror aktı törədib.


Şərhlər