Menu

Türkiyənin baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

04.06.2016, 10:02

binali_yildirim_2016Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, B.Yıldırım ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türkiyənin baş naziri Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğurunda canlarından keçən qəhramanların məzarlarını ziyarət edib, xatirələrini hörmətlə yad edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub.

B.Yıldırım daha sonra "Türk şəhidliyi"ni ziyarət edib, adidənin özünüə əklil qoyub, xatirə dəftərinə ürək sözlərini yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol