Menu

Naxçıvanda tapılan xeyli silah-sursat polisə təhvil verilib

04.06.2016, 11:53
Naxçıvanda tapılan xeyli silah-sursat polisə təhvil verilib

Ordubad sakini tapdığı silah-sursatı polisə təhvil verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Ordubad rayonunun Yuxarı Əylis kənd sakini Adil Məmmədov tapdığı “AKS” markalı silahı, “F-1” qumbaranı, qumbara alışdırıcısını, 2 ədəd patron darağını, süngü bıçağı və 347 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol