Menu

“Allah öz çempionunun arxasınca gəlib” - Boksçular Məhəmməd Əli haqda

04.06.2016, 14:11
“Allah öz çempionunun arxasınca gəlib” - Boksçular Məhəmməd Əli haqda

Bir sıra tanınmış boksçular əfsanəvi boksçu Məhəmməd Əlinin xatirəsini yad ediblər.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əlini yad edən tanınmışlar arasında tanınmış amerikalı boksçu Mayk Tayson da yer alıb.

O, öz tvitter səhifəsində Məhəmməd Əli barədə qeyd yazıb: “Allah öz çempionunun arxasınca gəlib. Çox uzun bir müddətin nəhəngi”.

ABŞ-ın məğlumedilməz professional boksçusu Floyd Mayweather Jr də Məhəmməd Əlinin bütün qaradərililərin səsi olduğunu qeyd edib: “Məhəmməd Əli kimi ikinci biri daha olmayacaq. Bütün dünya üzrə qaradərili birliklərin, qaradərili insanların ona ehtiyacı var idi. O, bizim səsimiz idi. O, bu gün olduğum yerə çatmağım üçün mənim səsim idi”.

Əlinin bəzi döyüşlərini təşkil edən məşhur təşkilatçı Don Kinq də əfsanəvi boksçunun ölümüylə bağlı başsağlığı verib: “Mən bu insanı sevirdim. O, bütün həyat boyu mənim dostum olub. Lakin Əli heç vaxt ölməyəcək. Əli insan hüquqları uğrunda döyüşçü və hamı üçün çempion idi. O, xarakter, mərdlik, inandığı hər şeyi müdafiə etmək motivasiyası nümayiş etdirirdi. O, düşündüyünü deyir, dediyini düşünürdü və sözlərinə görə məsuliyyət daşımağa hazır idi”.

Xatırladaq ki, əfsanəvi boksçu bu gün 74 yaşında vəfat edib. Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli ömrünün son bir neçə gününü ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan birində keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol