Menu

"Dünya Azərbaycanlılarının İş Adamları Birliyi yaradılmalıdır” - Əli Həsənov

04.06.2016, 16:15

Eli Hesenov“Artıq zamanı çatıb ki, Dünya Azərbaycanlılarının İşadamları Birliyi yaransın. Bu birliyin konfras da Bakı şəhərində keçirilməlidir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV qurultayının yekun iclasında deyib.

O bildirib ki, Dünya Azərbaycanılarının İşadamları Birliyinin yaradılması çox vacibdir: “Prezident İlham Əliyev dünyadakı azərbaycanlı iş adamların Azərbaycana dəvət edib, sərmayə qoymağa çağırıb. Dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərə inteqrasiya etməlidirlər. Belə olanda azərbaycanlıların fəaliyyəti güclənir, cəmiyyətdə tanınırlar. Xarici ölkələrdə elə iş adamları var ki, parlament seçkilərində namizəd olanda kampaniyalarını maliyyələşdirə bilərlər. Biz onların potensialından istifadə etməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol