Menu

Türkiyə İŞİD-i bombaladı: 14 terrorçu məhv edilib

04.06.2016, 17:40
Türkiyə İŞİD-i bombaladı: 14 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən 11 obyektlinə artilleriya zərbələri endirib. Oxu.az-ın məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda bildirilir.

“Terrorçular Türkiyə ərazisinə hücum etməyə hazırlaşırdılar. Zərbələr “Fırtına” özüyeriyən artilleriya qurğuları və yerüstü zenit qurğularından endirilib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, əməliyyatlar zamanı 14 terrorçu zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol