Menu

Krit adası sahillərində batan miqrant gəmisində - 350 nəfər olub

04.06.2016, 21:40

gemibatdiiiiOnların əksəriyyəti xilas edilib

Cümə günü səhər Krit adasının cənub sahillərində batan gəmidə təqribən 350 miqrant olub.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Sahil Mühafizəsi məlumat verib.

Bundan öncə Beynəlxalq Miqrasiya Təşkilatı 25 metrlik gəmidə 700-yə yaxın miqrant və qaçqının ola biləcəyini məlumat vermişdi.

"Gəmi qəzasına uğrayanların sözlərinə görə, onlar gəmiyə Misir sahillərində miniblər və sayları təqribən 350 nəfər olub", — deyə Sahil Mühafizəsi bildirib.

Xilas edilənlərin əksəriyyəti – 221 nəfəri, həmçinin bir nəfərin cəsədi hazırda Norveç bayrağı altında üzən tankerdədir və şənbə günü axşam onlar İtaliyanın Auqusta limanına göndəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol