Türkiyənin Şırnak bölgəsində PKK terrorçuları ilə jandarma arasında atışma baş verib. Şırnak mərkəzinə bağlı Yeniaslanbaşar Jandarma qərərgahına PKK-nın hücumu zamanı 1 kənd meşəbəyisi ölüb. Atışma zamanı 1 PKK terroçusu öldürülüb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində ağır yaralanan meşəbəyi hərbi qospitala çatdırılsada həyatını xilas etmək mümkün olmayıb.
Gece saat 01:00 radələrində hücum edən terroçular iri çaplı silahlardan istifadə ediblər.
Jandarma polisinin cavab verməsi nəticəsində PKK-çılar geri çəkilib.


Şərhlər