Menu

Türkiyədə ağır yol qəzası - 6 nəfər ölüb

05.06.2016, 14:19

Qezada-sinmish-padpres-180912Həyatını itirmiş sərnişinlərdən 3-ü uşaqdır

Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində baş vermiş yol qəzası nəticəsində 6 nəfər ölüb. "Report"un məlumatına görə, bu haqda "Sabah" qəzeti xəbər verib.

Məlumata görə, hadisənin baş verməsinə səbəb içərisində 9 sərnişinin olduğu mikroavtobusun sürücüsünün sükan arxasında yuxulaması olub.

Həyatını itirmiş sərnişinlərdən 3-ü uşaqdır.

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol