Xarici KİV-in məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri Monqolustanın paytaxtı Ulan-Bator («Bahadır Oğlan») şəhərində ölkənin xarici işlər naziri Lundeqiyn Purevsurenlə görüşdən əvvəl bəyan edib ki, Monqolustan demokratiyanı fəal şəkildə inkişaf etdirir və Vaşinqton bu Asiya ölkəsi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Kerrinin çıxışının mətni şənbə günü Dövlət Departameninin mətbuat xidməti tərəfindən yayılıb (TASS).
«Mən anlayıram ki, özünün coğrafi vəziyyətinə görə, sizin avtomatik olaraq, Çin və Rusiya ilə sıx münasibətləriniz var. Amma siz, demokratik dövlət olmağı qərara almısınız və bu məqsədə doğru fəal addımlar atırsınız. Biz, sizinlə gələcək əməkdaşlığa çox ümid edirik. ABŞ, Monqolustanın «üçüncü dostu» olmaq istərdi» - deyə, Kerri bəyan edib.
Purevsuren isə öz növbəsində, xatırladıb ki, 2017-ci ildə iki ölkə arasındakı diplomatik münasibətlərin 30 ili tamam olur. Onun sözlərinə görə, ABŞ Monqolustan üçün «üçüncü əhəmiyyətli qonşu»dur. Monqolustan həmişə Birləşmiş Ştatlarla qarşılıqlı fəaliyyətdə maraqlı olub.
AzPolitika.info

Şərhlər