Menu

Çin, ABŞ-ın xəbərdarlığına meydan oxumaqla cavab verdi

05.06.2016, 17:22
Çin, ABŞ-ın xəbərdarlığına meydan oxumaqla cavab verdi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Cənubi-Çin dənizində özünün fəallığını azaltmaq bərədəki çağırışları yaxına buraxmır və bölgəni xaosdan qorumaq niyyətində olduğunu bəyan edir. Xəbəri «Reuters» agentliyi yayıb.

«Biz, problem yaratmırıq, amma biz problemlərdən qorxmuruq da» - deyə, ÇXR xalq-azadlıq ordusu Baş qərargahının rəis müavini Sun Tszyanqo Sinqapurda keçirilən təhlükəsizlik konfransındakı çıxışı zamanı bəyan edib.

O, qeyd edib ki, Çin öz suverenliyinin əleyhinə yönəlmiş cəhdlərə dözməyəcək və «bəzi ölkələrin Cənubi-Çin dənizində xaos yaradacağı təqdirdə», situasiyadan kənarda qalmayacaq.

«Biz, keçmişdə təcrid olunmamışdıq, biz indi də təcrid olunmamışıq və gələcəkdə də təcrid olunmayacağıq» - deyə, Sun, görünür ki, Pentaqonun başçısı Eşton Karterin bu günlərdə səsləndirdiyi bəyanata cavb olaraq, bəyan edib.

Bildirək ki, ABŞ müdafiə idarəsinin başçısı bu günlərdə Çini «ekspansiv və misli görünməmiş hərəkətlərdə» ittiham edərək, «Böyük Çin təcrid səddi» ucaltmaqdan çəkinmək xəbərdarlığı etmişdi.

«Gerçəkdən də mən narahat oluram ki, bəzi insanlar və ölkələr hələ də Çinə soyuq müharibə dövrünün mülahizələrindən yanaşırlar. Onlar öz başlarında divar ucalda və nəticədə özləri özlərini təcrid edə bilərlər»-deyə, Çin hərbçisi əlavə edib.

Karterin ardınca, ABŞ-ın dövlət katini Con Kerri də Pekinin ünvanına tənqidlə çıxış etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol