Ukrayna parlamentinin üzvləri prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov tərəfindən təqdim edilmiş qərar lahiyəsini qəbul ediblər. Turçinovun verdiyi qanun layihəsinəəsasən, Ukrayna ərazisində xarici ölkələrin iştirakı ilə çoxmilli birgə hərbi təlimlər keçirilə bilər.
Radada qəbul olunan sənədə görə, 2014-cü ildə Ukrayna ərazisində Ukrayna –Polşa hərbi aviasiya hissələrinin və hərbi polisin iştirakı ilə “Provoparyadok-2014” və həmşının “Rapid Traydent-2014”adlı Ukrayna-Amerıkan birgə hərbi təlimlərinin keçirilməsi nəzərdə tutulur.
V.Nəsibov
AzPolitika.info


Şərhlər