Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb.
Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.
Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.
***
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb.
Avtobusda 30-dan çox şagirdin olduğu bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Ölənlərin sayının artma ehtimalı var.


Şərhlər