Menu

Fətullah Gülən Türkiyəni yenidən qarışdırmaq istəyir- Bu dəfə CHP-nin vasitəsilə

01.04.2014, 19:06
Fətullah Gülən Türkiyəni yenidən qarışdırmaq istəyir- Bu dəfə CHP-nin vasitəsilə

Türkiyənin Ankara şəhərində CHP-lilər seçkilərin nəticləri ilə razılaşmaq istəmir. Bibırçı məğlubiyyətə uğrayan ÇHP indi eçkidə saxtakarlıq olduğu iddiaların irəli sürür. Maraqlıdır ki, bu iddialar seçkidən dərhal sonra yox, 2 gün keçdikdən sonra irəli sürülməyə başlanılb. Müşahidəçilər bunu Penselvaniyadan verilən göstərişlə bağlayırlar. Baş nazir Ərdoğanın "bakon" çıxışından qorxuya düşən Fətullah Gülən və tərəfdarları ÇHP-dən istifadə edərək Türkiyəni qarışdırıb özlərini unutdurmaq istəyirlər.

Türkiyə KİV-nin məlumatına görə artıq bu istiqamətdə hərəkətə keçilib. Yalovada baş tutan bələdiyyə seçkilərində AKP-nin bir səs fərqi ilə CHP-yə qalib gəlməsinə etiraz adı ilə bir qrup küçələrə çıxıb. Bu nəticəyə etirazını bildirən CHP-lilər Seçki Komissyasının binasının qarşısında toplaşıblar. Onlar seçkinin saxtalaşdırıldığını iddia edərək yenidən seçki keçirilməsini tələb edib. Polis aksiya iştirakçılarına ərazini boşaltma əmri verməsinə baxmayaraq aksiyaçılar israrla seçkinin yenidən keçirilməsini tələb edib. Polis aksiyaçılara su şırnağı və bibər qazı ilə müdaxilə edərək yolun boşaldılmasını tələb edib. Bu zaman polislə CHP-lilər arasında qarşıdurma yaranıb.

Belə görünür ki, seçki önçəsi öyük zərbə alan Fətullah Gülən və tərəfdarları ÇHP vaistəsilə Türkiyəni qarışdırmaqda israrlıdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol