Menu

Həbsxanada ölüm hadisəsi

06.06.2016, 10:01
Həbsxanada ölüm hadisəsi

Azərbaycanda məhkum dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.

Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, B. İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol