AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanda meymun yuvelir dükanını qarət edib! O, dükan binasına girərək, xəzinədən 10 min rupi çıxararaq, qaçıb.
«Qazeta.ru» xəbər verir ki, dükanda quraşdırılmış müşahidə kameraları bütün baş verənləri qeydə alıb. Videoyazıda açıq-aydın görünür ki, dükanın əməkdaşı qapının ağzında oturmuş meymunu ərazidən uzaqlaşmağa nə qədər inandırmaq istəsə də, buna nail ola bilməyib. Heyvan dükana daxil olub və xəzinəyə baş vurub.
Bu da 21-ci əsrin bəşəriyyətə «ərmağan etdiyi» qeyri-adi hadisələrdən (möcüzələrdən) biri. Axı, meymun insanı sadəcə, təqlid edir. Belədə, düşünməli olursan: 21-ci əsrin meymunu ağıllı olar, yoxsa insanı?


Şərhlər