AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın kəşfiyyatçı təyyarəsi Kalininqrad vilayətinin sərhədlərinə yaxınlaşıb. Xəbəri «İnterfaks» agentliyi yayıb.
İlkin məlumata görə, təyyarə Böyük Britaniyanın «Mildeholl» aviabazasından havaya qalxıb və Baltik dənizinin cənub hissəsində tapşırıq yerinə yetirib.
Agentliyin məlumatına görə, son vaxtlar ABŞ hərbi-hava qüvvələrinə məxsus kəşfiyyatçı təyyarələr Baltik dənizi hövzəsində, şimalda və Sakit okean üzərində Rusiya çərhədləri boyunca uçuşların sayını artırıb.


Şərhlər