Menu

Son beş ildə Azərbaycanda 496 uşağa Ramazan, 344-nə Oruc, 2-nə Əhya adı verilib

06.06.2016, 16:13

usaqUşaqlara verilən adlar arasında Oruccan, Xurmayə, Mövlam kimi adlar da yer alıb

Son beş ildə Azərbaycanda 496 oğlan uşağına Ramazan, bir uşağa Ramazanəli adı verilib.

"Report"un məlumatına görə, son beş ildə 344 oğlana Oruc, 28-nə Orucəli, 1 nəfərə Oruccan, 168 oğlana Qədir, 2-nə Qədirəli, 2-nə isə Qədirxan adları verilib.

Son beş ildə doğulan 5 uşağa Mövlam adı qoyulub.

Bundan başqa, son beş ildə doğulan uşaqlara Allahqulu (10), Həsənqulu (2), Hüseynqulu (12), Amin (2562), Əhya (2), Xurma (9), Xurmayə (2), Noğul (4), Şəkər (40), Şəkərnaz (2) və s. adlar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol