Menu

“Boko Haram” Nigerdə şəhər ələ keçirib

06.06.2016, 21:22

150213141329_boko_haram_640x360_afp_nocredit“Boko Haram” terror qruplaşması Nigeriya-Niger sərhədində yerləşən Bosso şəhərini ələ keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 4-ə keçən gecə yüzlərlə silahlı Bosso şəhərinə hücum edib.

Döyüşlər nəticəsində 30 Niger və 2 Nigeriya hərbçisi həlak olub, terrorçuların şəhəri ələ keçirməsinin qarşısı alınıb. Lakin bu gün şiddətli döyüşlərdən sonra Bosso şəhəri “Boko Haram”-ın nəzarəti altına keçib. İtkilər barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol