Səfir: ««Ağ kitab» hələ dərc olunmayıb...»
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) Rusiyadakı səfiri Ryüdiger fon Friç bəyan edib ki, Almaniya üçün təhdidlərin təsvir olunduğu «Ağ kitab» hələ dərc olunmayıb və oradan gətirilən bütün sitatlar möhtəkirlikdən başqa bir şey deyil. («RİA Novosti»)
«İndi Rusiya mətbuatında «Ağ kitab»dan gətirilən sitatlar möhtəkirlikdir. Sənəd hələ dərc olunmayıb» - deyə, Moskvada keçirilən Almaniya-Rusiya forumundakı çıxışında səfir qeyd edib.
O, həm də əlavə edib ki, Rusiyanın hərbi strategiyasında NATO rəqib adlandırılır, Almaniya isə alyansın üzvüdür.
«Gəlin, təbliğata fikir verməyək və bizim gözəl layihələrimiz üzərində, o cümlədən, gənclər arasında dünyagörüşlərin mübadiləsi layihələri üzərində işləyək»-deyə, səfir əlavə edib.


Şərhlər