Menu

Qardaşının evində intihar etdi

07.06.2016, 13:59
Qardaşının evində intihar etdi

Quba rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Nərimanabad kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü İlham Məmmədrahim oğlu Məmmədov qardaşının yeni tikilməkdə olan evinin ikinci mərtəbəsində özünü asaraq intihar edib.

Yaxınlarının dediyinə görə, yoxa çıxan Rahimin axtarışına başlayıblar və onu qardaşının evində asılı vəziyyətdə tapıblar.

Faktla bağlı Quba Rayon Prokurorluğu araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol