Menu

Ukrayna, Rusiyanın cənub-qərb vilayətlərini «geri istəyir»!

07.06.2016, 17:08
Ukrayna, Rusiyanın cənub-qərb vilayətlərini «geri istəyir»!

Xarici KİV-in yaydığı məlumata görə, Donetsk hərbi-mülki inzibati-ərazi vahidinin (Ukraynanın nəzarəti altında olan ərazi) başçısı Pavel Jebrovski hesab edir ki, Ukrayna hakimiyyətinin, «əzəli Ukrayna ərazisi» və hazırda Rusiyanın tərkibində olan torpaqları geri qaytarması vacib məsələdir («TASS»).

«Gec-tez, biz əzəli Ukrayna torpaqlarını - Kursk, Bryansk, Voronej, Rostov (Don üzərində - red.) vilayətlərini və Krasnodar diyarını geri qaytarmalıyıq. Bu ərazilər Ukrayna mahiyyəti, Ukrayna mentaliteti «altında olan» vilayətlərdir» - deyə, Jebrovski «Era» radiosunun efirindən bəyan edib.

Bu fikir yeni Ukrayna hakimiyyətinin özünü Qədim Rusun varisi elan etmək istiqamətindəki ilk cəhdi deyil. Bundan əvvəl Novqorod-Volınski şəhərinin (Jitomir vilayəti) meri Ukrayna dövlətinin adını dəyişib, «Ukrayna-Rus» adı ilə avəzləmək təşəbbüsü irəli sürmüşdü. 2015-ci ilin əvvəlində isə «Knyaz Velikiy Vladimirin xatirəsini əbədiləşdirmək haqqında» prezident fərmanında deyilirdi ki, guya bu hökmdar «orta əsrlərin «Rus-Ukrayna» dövlətini yaradıb.

Buradan açıq-aydın görünür ki, artıq «aysberq» yerindən tərpənib və çox da uzaq olmayan gələcəkdə Rusiya özü total separatizmlə üz-üzə qalacaq. Çünki ekspertlərin də söylədiyi kimi, Ukraynasız Rusiya mövcud ola bilməz...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol