Bu gün Kəlbəcərin işğalından 21 il ötür. Rus-erməni birləşmələri tərəfindən həyata keçirilən bu işğalın baş verməsində Azərbycanın daxilindəki xaos, orduda vahid idarəçiliyin olmaması ilə yanaşı, xəyanətin də rol oynadığına dair iddialar mövcudur. Düzdür, işğaldan 21 il keçsə də, bu xəyanətin kimlər tərəfindən edildiyi hələ də mübahisə mövzusu olaraq qalır, konkret günahkarlar tapılmayıb. Deyə bilərsiz ki, bəlkə də heç xəyanət olmayıb. Ola bilər. Ançaq ölkənin strateji rayonlarından biri ciddi bir döyüş olmadan işğal edilibsə, deməli konkret günahkarlar da var. Bəs kimdi bu günahkarlar. ANS telekanalında hələ 2000-ci ildə lentə alınan, rəhmətlik sabiq prezident Elçibəyin də iştirak etdiyi "Ən yeni tarix" tok-şousunda bu suala cavab axtarılıb.
Həmin verilişdə yüksək sərkərdəlik məharəti və döyüş bacarığı ilə tanınan mərhum general-mayor Zaur Rzayev ilginc faktlar açıqlayır. Hansı ki, bu işğal mərhum Zaur Rzayev Kəlbəcərin müdafiəsindən uzaqlaşdırıldıqdan sonra baş verib.

Dedilər bura gəlməyib, çıxıb gedib, biz onu görməmışık. HEÇ BİR MAŞIN DA YOXDUR. Ordan qayıdanda GÖRDÜM Kİ 
Soruşdum, KİM SİZƏ DEDİ ÇIXIN?
Dedilər, NƏCMƏDDİN SADIKOV!
Nəcməddin Sadıkovdan soruşdum LAÇINDAKI briqadanı niyə çıxartdın? Dedi müdafiə nazirinin əmri var."
Qəribə də olsa, o vaxtkı müsafiə naziri Dadaş Rzayev həmin tok-şouda iştirak etsə də, belə bir əmr verib-vermədiyi, Nəçməddin Sadıkovun niyə döyüşsüz Kəlbəcəri tərk etməsi aydınlaşdırılmır.
Qeyd edək ki, Nəçməddin Sadıkov o zaman briqada komandiri olmaqla yanaşı Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edirdi. Ancaq indiyə qədər qoşunları Kəlbəcərdən niyə çıxartması məsələsinə aydınlıq gətirməyib. Ona görə də, KƏLBƏCƏRİN İŞĞALI İLƏ BAĞLI BÜTÜN SUALLARIN CAVABI DA NƏCMƏDDİN SADIKOVDADIR!
Murad Məmmədov
AzPolitika.info

1992-ci ilDaxili ilər naziri İsgəndər Həmidov və Silahlı Qüvvələrinin briqada komandiri Nəcməddin Sadıqov....

General Zaur Rzayev cəbhədə

Şərhlər