Menu

İtaliya milli komandasının yeni baş məşqçisi məlum olub

07.06.2016, 21:25
İtaliya milli komandasının yeni baş məşqçisi məlum olub

Hazırkı baş məşqçi Antonio Konte AVRO-2016-dan sonra İngiltərənin Çelsi klubuna rəhbərlik edəcək

Futbol üzrə İtaliya milli komandasının AVRO-2016-dan sonra baş məşqçisi Campyero Ventura olacaq.

"Report"n məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlama verib.

Müqavilə 2 il müddətinə nəzərdə tutulub. Əvvəllər Ventura "Torino"da çalışıb.

Qeyd edək ki, İtaliya yığmasının hazırkı baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra İngiltərənin "Çelsi" klubuna rəhbərlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol