Menu

"Müsəlman olsaydılar, qan tökməzdilər" - Ərdoğan

07.06.2016, 23:55
"Müsəlman olsaydılar, qan tökməzdilər" - Ərdoğan

Terrorçular millətimizin nümayəndəsi olsaydılar, öz qardaşlarının canına qıymazdılar. Müsəlman olsaydılar, Ramazan günü qan tökməzdilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən terror aktına münasibət bildirərkən deyib.

“İnsan olsaydılar, küçənin ortasında bomba partlatmazdılar. Bizim üçün şəhidlik mərtəbələrin ən yüksəyidir. Torpağa verdiyimiz hər şəhidimiz dövlət və millət olaraq varlığımızın bir möhürüdür. Şəhidlərimizin xatirəsini yaşadacağıq. Amma terror aktını həyata keçirənlər lənətlə xatırlanacaqdır”, - Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol