Daha 6 nəfəri isə əqrəb sancıb.
"Son 5 ayda Azərbaycanda 6 əqrəb sancma hadisəsi baş verib. Onlardan ikisi qadın olub". ANS PRESS-in məlumatına görə, bunu respublikanın baş toksikoloqu Azər Maqsudov deyib.
İlan sancma ilə bağlı son 5 ayda 24 nəfər qəbul edilib. Onlardan dördünün vəziyyəti ağır olub. Onun sözlərinə görə, bütün xəstəxanalar vaksinler, tibb avadanlıqları ilə təmin edilib. Baş toksikoloq ilan sancma mövsümündə aprel ayından başladığını deyib. Daha çox müraciət edənlər isə Bakıətrafı kəndlərdə olanlardır. Daha dəqiq fəhlələr, daş karxanalarında çalışanlar. Rayonlar arasında isə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir və cənub bölgəsi üstünlük təşkil edir.
A.Maqsudov qida zəhərlənməsi ilə bağlı ilin ilk 5 ayı ərzində 60 nəfərin müraciət etdiyini qeyd edib. Onlardan 35-i yüngül, geridə qalanlar isə orta ağır vəziyyətdə olublar.
"Ötən il 2462 xəstə toksikologiya şöbəsinə yerləşdirilib. Bunlardan 1432-i məişət zəhərlərnməsi halı olub. Dərman zəhərlənmələrinin sayı isə 823 olub".

Şərhlər