AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Ali Radanın deputatı, Ukraynalı pilot Nadejda Savçenko ötən il 1 milyon rubl qazanıb. Bu rəqəm, deputatın Ali Radaya təqdim etdiyi bəyannamədə öz əksini tapıb. Sənəd, Ukrayna parlamentinin saytında yer alıb.
Bəyannamədə qeyd olunur ki, bu məbləğin bir hissəsi Savçenkonun müəllif təltifatı və intellektual mülkiyyət üzərində hüququn reallaşdırılmasından əldə olunan ödənişlərdən, digər hissəsi isə hədiyyələr, prizlər və uduşlardan formalaşıb.
Belə-belə işlər... digər ölkələrdə məhbuslar da qazana bilirlər...

Şərhlər