Menu

Güzəştli kredit veriləcək sahələr – AÇIQLANDI

09.06.2016, 16:14
Güzəştli kredit veriləcək sahələr – AÇIQLANDI

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən verilən məlumata görə, 2016-cı il iyunun 3-də Saatlı rayonunda işgüzar forum keçirilib və forumda sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer,

- intensiv bağçılıq,

- cins heyvandarlıq

- tərəvəzçilik təsərrüfatlarının yaradılması;

- ixtisaslaşdırılmış “yaşıl market”in,

- çörək istehsalı

- süd emalı müəssisələrinin yaradılması.

Saibkarlar iyunun 9-dan etibarən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredittəşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciətedə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamalrayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol