Menu

İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ BÖYÜK JEST – VİDEO

09.06.2016, 17:35
İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ BÖYÜK JEST – VİDEO

Azərbaycan prezidenti Bundestaqındakı görüşlərdən imtina edib

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqındakı görüşlərdən imtina edib.

Bu barədə “TRT Avaz” telekanalı məlumat yayıb. Məlumata görə, Prezident İlham Əliyev Almaniya səfərinin öncədən müəyyən olunmuş proqramında dəyişiklik edərək Almaniya parlamentindəki görüşlərdən imtina edib.

Azərbaycan prezidenti, həmçinin Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısını da ləğv edib. Bununla da Azərbaycan erməni yalanlarına qarşı Türkiyəyə açıq dəstək verdiyini bir daha bəyan edib.

Xatırladaq ki, Almaniya Bundestaqı cari il iyunun 2-də qondarma “erməni soyqırımı”nı təsdiqləyən qətnamə qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol