Menu

“İmkanım olsaydı, Krımın Ukraynadan ayrılmasının qarşısını almağa çalışardım”

02.04.2014, 18:42
“İmkanım olsaydı, Krımın Ukraynadan ayrılmasının qarşısını almağa çalışardım”

“İmkanım olsaydı, Krımda referendumun keçirilməsinin və bu bölgənin Ukraynadan ayrılmasının qarşısını almağa çalışardım”.

APA-nın məlumatına görə, bunu “Dojd” telekanalına müsahibəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyib.

“Bu proseslər mənim vaxtımda olsaydı, buna imkan verməməyə çalışardım”, - deyə o vurğulayıb.

Krımda baş verənləri faciə adlandıran Yanukoviç Rusiya prezidenti Vladimir Putindən Ukraynaya qoşun yeritməyi xahiş etdiyini təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol