Menu

Gəncəyə güclü dolu yağdı - VİDEO

09.06.2016, 22:54
Gəncəyə güclü dolu yağdı - VİDEO

Gəncə şəhərinə dolu yağıb.

"AzPolitika"nın məlumatına görə, bu gün günorta saatlarında Gəncə şəhərinə güclü dolu yağıb.

Yağıntı ciddi fəsadlara səbəb olmayıb.

Ölkədə qeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol