Menu

Obama rəsmən Klintonu dəstəklədi! - Prezident seçkilərində

09.06.2016, 23:45
Obama rəsmən Klintonu dəstəklədi! - Prezident seçkilərində

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama 2016-cı il prezident seçkilərində ABŞ prezidentliyinə Demokrat partiyasından namizəd Hillari Klintonu dəstəklədiyini bəyan edib.

Dəstəkləyici sözlərin yer aldığı video Hillari Klintonun seçki kampaniyası saytında yerləşdirilib. Klintonun «Tvitter» səhifəsində Obamadan sitat gətirilir: «Hesab etmirəm ki, hər-hansı bir başqası, nə vaxtsa bu posta daha uyğun olub».

Sabiq dövlət katibi həm də «Tvitter»də ABŞ prezidentinə təşəkkür edib və bu dəstəkdən «vəcdə gəldiyini» bəyan edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Obama Demokrat partiyasından prezidentliyə namizəd Berni Sanderslə görüş keçirir.

Məlumat üçün bildirək ki, ABŞ-ın sayca 58-ci prezident seçkiləri 08 noyabr 2016-cı il tarixində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol