Menu

Rəsul Quliyev Bakıya qayıdışından danışdı - "Uzunmüddətli yazışmalardan sonra..."

10.06.2016, 16:20
Rəsul Quliyev Bakıya qayıdışından danışdı - "Uzunmüddətli yazışmalardan sonra..."

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin adı İnterpolun axtarış siyahısından çıxarılıb.

Eks-spiker Modern.az saytına açıqlamasında bildirib ki, onun uzunmüddətli yazışmaları və müraciətlərindən sonra İnterpol rəhbərliyi düzgün qərar qəbul edib.

Rəsul Quliyev Azərbaycana geri dönmək ehtimalından da danışıb.

“Mən Azərbaycana gəlməyi heç zaman gündəlikdən çıxarmamışam”,-deyə o, bildirib. Parlamentin sabiq sədri bundan artıq nəsə danışmağın artıq olduğunu vurğulayıb.

Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verib. O, həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol