Menu

Ronaldo kolumbiyalı model ilə...

10.06.2016, 18:06
Ronaldo kolumbiyalı model ilə...

Futbolçu Paula Suares ilə barda tanış olub.

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo kolumbiyalı model Paula Suares ilə gecə keçirib. Ans press-in məlumatına görə, futbolçu model ilə İbizada tanış olub. Ronaldo gecə klubunda tanış olduğu modeli yaxtasına dəvət edib.

Ronaldo ilə Paula Suaresin səmimi şəkilləri internetdə yayılıb. Futbolçu "Real Madrid" ilə Çempionlar Liqasını qazandıqdan sonra istirahətə çıxıb. O, dostları ilə birlikdə əylənib. Futbolçu hazırda Portuqaliya yığmasının heyətində Avropa çempionatına hazırlaşır.

Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək. Turnirin ilk qarşılaşması meydan sahibləri Fransa millisi ilə Rumıniya arasında baş tutacaq. Qrup mərhələsinin oyunları iyunun 22-də başa çatacaq. Çempionatın final qarşılaşma isə iyulun 10-da olacaq.

Portuqaliya "Avro-2016"da ilk oyununu iyunun 14-də İslandiyaya qarşı keçirəcək. F qrupunda Portuqaliya Avstriya, Macarıstan və İslandiya ilə mübarizə aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol