Menu

Ermənistanda əsgərlərin ərzağını oğurlayan iki aşpaza cinayət işi açıldı

11.06.2016, 10:06

4900663_6_e891_l-armee-est-une-institution-centrale-dans-la_e4a0a0c4f557d57e8e2a3cb48301b2b9Ermənistanda iki aşpaz ərzaq oğurluğunda təqsirləndirirlir. APA-nın "news.am"-a istinadən verdiyi xəbərə görə, Ermənistan Məhkəmə Departamentinin məlumatında bildirilir ki, N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsana Adamyan xeyli miqdarda ərzaq məhsulunu mənimsəyiblər.

Aşpazlar 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 yumurta oğurlamaqda təqsirli bilinirlər.

Onların barəsində cinayət işi başlanıb, başqa yerə getməmək qərarı verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol