Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya federal məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bəyan edib ki, Rusiyaya və bir sıra digər dövlətlərə qarşı sanksiyaların tətbiqi qanunsuzdur və əks nəticə doğurandır. Bəyanat, «Belarus 1» telekanalının efirindən yayımlanıb («TASS»).
«Dünya təcrübəsi - Kubanın, Belarusun, İranın, o cümlədən Rusiyanın təcrübəsi göstərir ki, sanksiyalar əks nəticə doğurandır. Rusiya ilə sanksiya, təzyiq və güc dili ilə danışmaq mütləq mənasız bir məşğuliyyətdir» - deyə, Matviyenko qeyd edib.
O, hesab edir ki, sanksiyalar qanunsuzdur və «təzyiq instrumenti»dir: «Həm Belarusa, həm də Rusiyaya qarşı sanksiyalar həm bunu və həm də digərini özünə tabe etdirmək və onu müstəqil xarici siyasət yürütməkdən çəkindirmək məqsədi daşıyır...».
Federasiya Şurasının sədri düşünür ki, Rusiyaya belə çalxalanma lazım idi: «Bu, Rusiya üçün acı bir dərman oldu - bizi daha effektli işlərlə və iqtisadiyyatın simstemli inkişafı ilə məşğul olmağa vadar etdi...».
Matviyenkonun sözlərinə görə, bu gün Rusiya iqtisadiyyatı «sağalır».
AzPolitika.info


Şərhlər