Menu

Türkiyə–Xorvatiya: start heyətlər

12.06.2016, 11:55
Türkiyə–Xorvatiya: start heyətlər

15-ci Avropa çempionatında bu gün Türkiyə ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Ay-ulduzlu komanda dördüncü dəfə qatılacağı turnirin birinci qarşılaşmasında qalib gəlməyi və qrupda üstünlük qazanmağı qarşısına məqsəd qoyub.

“D” qrupunun bu oyunu Bakı vaxtıilə saat 17:00-da başlanacaq. Parisin “Parc des Princes” stadionunda keçiriləcək matçı 42 yaşlı isveçli hakim Yonas Eriksson idarə edəcək.

Hər iki komandanın təxmini start heyəti:

Türkiyə: Volkan Babacan, Gökhan Gönül, Mehmet Topal, Hakan Kadir Balta, Caner Erkin, Selçuk İnan, Ozan Tufan, Hakan Çalhanoğlu, Oğuzhan Özyakup, Arda Turan, Cenk Tosun

Xorvatiya: Daniyel Subaşiç, Dariyo Srna, Domagoy Vida, Vedran Çorluka, İvan Striniç, Marselo Brozoviç, Luka Modriç, Marko Pyasa, İvan Rakitiç, İvan Perişiç, Mario Mancukiç

(supersport.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol