Menu

Türkiyədə serial qətllər törətməkdə şübhəli sayılan şəxs saxlanılıb

12.06.2016, 11:53
Türkiyədə serial qətllər törətməkdə şübhəli sayılan şəxs saxlanılıb

Türkiyədə serial qətllər törətməkdə şübhəli sayılan şəxs saxlanılıb.APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, polis İstanbul və Ankarada 3 nəfəri öldürməkdə şübhəli sayılan Atalay Filizi bu gün İzmirin Menderes rayonunda bir parkda yaxalayıb.

A. Filiz 2013-cü ildə Ankarada general Hasan Hüseyn Demirarslanın oğlu Göktuğla rus əsilli sevgilisi Yelena Radçikovanı, bu il mayın 27-də isə tarix müəlliməsi Fatma Kayıkçını öldürməkdə ittiham edilir.

A. Filiz itkin düşən rus əsilli sevgilisini də qətlə yetirməkdə şübhəli sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol