Menu

ABŞ-da naməlum şəxslər gecə klubunda atəş açıb, insanları girov götürüblər

12.06.2016, 14:06
ABŞ-da naməlum şəxslər gecə klubunda atəş açıb, insanları girov götürüblər

Naməlum şəxslər ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse’ gecə klubunda atəş açıb, gecə klubundakı insanları girov götürüb.

APA-nın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə polis bölmələri göndərilib.

Şahidlər silahlıların ən azı 25 nəfəri yaraladığını bildiriblər. Artıq xilasedicilər hücum edənlərdə qumbara olması ehtimalı ilə əlaqədar Orlando şəhərinə yola düşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol