Menu

Ukrayna ordusu 4 hərbçisini itirib

12.06.2016, 16:35

1408956373_rus-ordusu-ukrayna-1Ukraynada Donbasda Ukrayna ordusu ilə Rusiyanın hibrid ordusu arasında yeni toqquşma baş verib.

Rusiyanın aktiv şəkildə dəstək verdiyi Donbasın qiyamçı silahlıları Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutublar.

Musavat.com Ukrayna mediasına istinadən bildirir ki, Avdeyevka bölgəsində Rusiyanın hibrid ordusunun açtığı artilleriya atəşi sayəsində 4 Ukrayna hərbçisi həlak olub, 13-ü yaralanıb.

Bu barədə mətbuata Kiyev-1 taborunun komandiri Yevgeniy Deydey məlumat verib. Onun sözlərinə görə Ukrayna ordusunun 128-ci briqadasının və Sağ sektorun döyüşçüləri bütün gecə artilleriya atəşinə məruz qalıb.

Ukrayna Anti-terror əməliyyatlar qərargahından verilən məlumata görə hibrid ordusnun silahlıları atəşkəs rejimini 49 dəfə pozub. Ümumilikdə gün ərzində Ukrayna ordusunun mövqelərinə 400 mina zərbəsi endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol