Menu

İqtisad Universitetində kimlər işdən çıxarıldı? – Siyahı - ÖZƏL

03.04.2014, 15:20
İqtisad Universitetində kimlər işdən çıxarıldı? – Siyahı - ÖZƏL

Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rektoru Ədalət Muradov bu gün universitetdə kadr islahatlarına başlayıb. Məlumata görə, Ə.Muradov təxminən bir aylıq yoxlamalardan sonra xeyli sayda vəzifəlini işindən azad edib.

Rektorun bu gün vəzifədən uzaqlaşdırdığı şəxslərin sırasında Magistratura fakültəsinin dekanı Həsən İsrafilov, Tədris şöbəsinin müdiri Əsəd Mirzəyev, Dərbənd filialının rektoru Rövşən Göyüşov, həmçinin Mühasibat şöbəsinin müdirinin adları var.

Universitetdə kadr islahatlarının davam edəcəyi bildirilir.

Xatırladaq ki, bu il mart ayının 5-də Milli Məclisin üzvü, Elm və Təhsil Komitəsinin rəhbəri Şəmsəddin Hacıyev gözlənilmədən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılmış, onun yerinə Ədalət Muradov təyin olunmuşdu.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol