Menu

Fransalı nazir İngiltərə və Rusiyanı sərt şəkildə cəzalandırmağa çağırdı

12.06.2016, 23:18
Fransalı nazir İngiltərə və Rusiyanı sərt şəkildə cəzalandırmağa çağırdı

Fransa daxili işlər naziri Bernar Kaznöv İngiltərə və Rusiya milli futbol komandalarına qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Musavat.com-un xairici KİV-lərə istinadən verdiyi xəbərə əsasən Bernar Kaznöv Avropa çempionatının keçirildiyi şəhərlərdə spirtli işkilərin satışının və daşınmasının qadağan edilməsinin vacibliyini vurğulayıb.

Fransız nazir bundan başqa iğtişaşlarda iştirak edən futbol fanatlarına görə həmin ölkələrin milli futbol federasiyalarının məsuliyyət daşımalı olduğunu deyib.

O, iğtişaşlarda həbs olunan azarkeşlərin bir daha stadionlara buraxılmayacağını söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol