Menu

Əhali banklardakı pulunu geri götürür

13.06.2016, 12:13
Əhali banklardakı pulunu geri götürür

Aprel ayında fiziki şəxslərin (əhalinin) banklardakı əmanətləri 203,9 milyon manat azalaraq 7 milyard 685 milyon manata düşüb. Mart ayının sonunda əhalinin banklarda 7 milyard 888,9 milyon manat əmanəti var idi.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin 81,6%-i və ya 6 milyard 277,3 milyon manatı xarici valyutada, 18,4%-i və ya 1 milyard 407,6 milyon manatı milli valyutada olub.

Mart ayının sonunda banklardakı əmanətlərin 80,8%-i və ya 6 milyard 377,3 milyon manatı xarici valyutada idi.

İlin əvvəlindən keçən 4 ay ərzində fiziki şəxslərin banklardakı əmanətləri 1 milyard 788,9 milyon manat azalıb. İlin əvəlində fiziki şəxslərin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi.

Əmanətlər Yanvarda 830,6 milyon manat, Fevralda 566 milyon manat, Fevralda 188,4 milyon manat, Apreldə isə 203,9 milyon manat azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol