Menu

ABŞ-da növbəti atışma: ölənlər var

13.06.2016, 17:36
ABŞ-da növbəti atışma: ölənlər var

Hazırda polis cinayətkarın tutulması istiqamətində axtarış aparır.

ABŞ-da növbəti dəfə atışma baş verib. Ans press-in məlumatına görə, hadisə Klivlend şəhərində, yanacaqdoldurma məntəqəsində baş verib. Hadisə nəticəsində 24 yaşlı bir kişi və 18 yaşlı gənc qız həlak olub.

Hazırda polis cinayətkarın tutulması istiqamətində axtarış aparır.

Ötən gtün də ABŞ-ın Florida ştatında homoseksualların yığışdığı gecə klubuna hücum edilib. Klubda olanların atəşə tutulması nəticəsində ölü sayı 50-yə çatıb. Yaralananların isə 53 nəfər olduğu bildirilir. Hadisə ilə bağlı çıxış edən ABŞ prezidenti Barak Obama hadisəni "terror aktı adlandırıb".

İyunun 11-də isə Orlando şəhərində "Səs" telemüsabiqəsinin sabiq iştirakçısı Kristina Qrimmi qətlə yetirilib. İfaçı konsertdən sonra pərəstişkarlarına avtoqraf verdiyi zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb. Müğənninin qardaşı dərhal atəş açan kişini tutmağa cəhd etsə də naməlum şəxs özünə qəsd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol