Menu

"Dünya Bankının kreditlərindən istifadə əmsalı artıb" - Samir Şərifov

13.06.2016, 20:14
"Dünya Bankının kreditlərindən istifadə əmsalı artıb" - Samir Şərifov

"Son illərdə Azərbaycanda Dünya Bankının kreditlərindən istifadə əmsalı daha da artıb".

"Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Leşçenkonun fəaliyyətinin başa çatması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, son 4 ildə bu əmsal 8% civarında artıb: "Dünya Bankının regional direktorundan aldığım məlumata görə, bu rəqəm 2012-ci ildə 13% idisə, indi 20%-ə çatıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol