Menu

İsveç və İrlandiya meydandan sülhlə ayrılıb - AVRO-2016 (Video)

13.06.2016, 21:57
İsveç və İrlandiya meydandan sülhlə ayrılıb - AVRO-2016 (Video)

Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının "E" qrupu çərçivəsində ilk oyun baş tutub.

"Report" xəbər verir ki, qrupun ilk matçında İsveç və İrlandiya yığmaları üz-üzə gəlib.

Maraqlı keçən qarşılaşmada hesabı ilk açan irlandlar olub. Vesley Hoolahan 48-ci dəqiqədə komandasının və özünün turnirdə ilk qolunu vurub. Qoldan sonra İsveç İrlandiya qapısı önündə təzyiqi artırıb və 71-ci dəqiqədə istəyinə nail olub. Belə ki, hücum zamanı Zlatan İbrahimoviçin kənardan qapı önünə ötürməsini rəqib komandanın futbolçusu Ciaran Clark qola çevirib və avtoqola imza atmış olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu qrupda növbəti qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:00-da İtaliya və Belçika yığmaları arasında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol