Menu

AFFA qərar verdi: 8 komanda, 4 dövrəli sistem

14.06.2016, 00:22
AFFA qərar verdi: 8 komanda, 4 dövrəli sistem

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. ANS PRESS-in məlumatına görə, toplantının əsas müzakirə mövzusu Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub.

İclasda AFFA prezidenti Rövnəq Abdullayev, komitənin üzvləri - Rauf Əliyev, Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov iştirak edib. Elşad Nəsirov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Firudin Qurbanov toplantıya qatılmayıb. Həmçinin iclasa AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev qatılıb.

Müzakirələrdən sonra çempionata əlavə komandanın buraxılmaması qərara alınıb. Beləliklə, 2016/17 mövsümündə Premyer Liqa 8 komandanın iştirakı ilə keçiriləcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt” olacaq. AFFA həmçinin legionerlər üçün tələb olunan rüsumu azaldıb.

Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçiriləcək.

2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min manat müəyyənləşdirilib. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olacaq.

3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilib.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol