24-25 iyun tarixlərində Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" İdman Mərkəzinin uşaqlar, yeniyetmələr və gənclər arasında l açıq çempionatı keçiriləcək.
Çempionatın ilk günü 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite yarışları, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata yarışları keçiriləcək.
60-dan çox klubun, 600-dən çox idmançının iştirakı ilə keçiriləcək yarış Bakı Əl Oyunları sarayında baş tutacaq.
Bütün karatesevərlər dəvətlidir.


Şərhlər