Menu

Rusiya yığması AVRO-2016-dan diskalifikasiya edildi - Şərti olaraq

14.06.2016, 15:21
Rusiya yığması AVRO-2016-dan diskalifikasiya edildi - Şərti olaraq

UEFA Rusiya futbol klubunu 150 min avro məbləğində cərimələyib

UEFA Rusiya Futbol İttifaqını (RFİ) cəzalandırıb.

"Report"un məlumatına görə, RFİ 150 min avro cərimələnib.

Bundan başqa, Rusiya yığması Avropa çempionatının sonunadək şərti diskvalifikasiyaya məruz qalıb.

"Rusiya yığması turnirin sonuna qədər diskvalifikasiya olunub. Bu cür iğtişaşlar təkrarlanarsa, komanda Avropa çempionatından xaric ediləcək",- UEFA mətbuat xidməti bildirib.

Qeyd edək ki, Rusiya və İngiltərə yığmalarının oyunundan əvvəl iki komanda azarkeşləri arasında dava düşüb. Hazırda rusiyalı fanatlar Fransadan ölkələrinə deportasiya olunurlar. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol