Menu

Bakıda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb

14.06.2016, 16:14
Bakıda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma aparılır.

Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb. Ans press-in məlumatına görə, sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib.

Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.

Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol